AZ

İsrail ordusu Hizbullahın hərbi obyektlərinə hücum edib

İsrail qırıcıları Livandan İsrail ərazisinə atılan raketlərə cavab olaraq Livanın Hizbullah hərəkatının hərbi obyektlərinə hücum edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"Livandan İsrail ərazisinə çoxsaylı atışlar qeydə alınıb və onlar İsrailin şimalındakı Misqav-Am bölgəsində yaşayış olmayan əraziyə düşüb", - deyə məlumatda bildirilir. 

Hərbçilər əlavə edib ki, IDF döyüşçüləri Livanın cənubundakı Hula bölgəsində Hizbullahın atış meydançasına zərbələr endiriblər.

Bundan əlavə, şənbə günü İDF döyüşçüləri Livanın cənubundakı Aytarun bölgəsində Hizbullah terrorçularının hədəflərinə və Rab əl-Talatin bölgəsindəki hərbi struktura zərbələr endiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
27
operativmedia.az

10Mənbələr