AZ

İsrail Livandakı Hizbullah hərbi obyektlərinə hücum edib


İsrail qırıcıları Livandan İsrail ərazisinə atılan raketlərə cavab olaraq Livanın şiə Hizbullah hərəkatının hərbi və mülki obyektlərinə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Livandan İsrail ərazisinə çoxsaylı atışlar qeydə alınıb və onlar İsrailin şimalındakı Misqav-Am bölgəsində yaşayış olmayan əraziyə düşüb. IDF döyüşçüləri Livanın cənubundakı Hula bölgəsində Hizbullahın atış meydançasına zərbələr endiriblər”, - məlumatda deyilir.
Qeyd olunub ki, İDF döyüşçüləri həmçinin Livanın cənubundakı Aytarun bölgəsində Hizbullah hədəflərinə və Rab əl-Talatin bölgəsindəki hərbi bazalara zərbələr endiriblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
27
yeniavaz.com

10Mənbələr