AZ

Türkiyə İsraili Qəzzadakı qaçqın düşərgəsinə hücuma görə qınayıb

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağındakı Nuseyrat qaçqın düşərgəsinə hücumunu pisləyib və bunu "barbar hücum" adlandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə XİN "X"də paylaşım edib.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "İsrailin Qəzzadakı Nuseyrat qaçqın düşərgəsinə hücumu yüzlərlə dinc fələstinlinin ölümünə səbəb olub. İsrail bu son vəhşi hücumu ilə Qəzzada törətdiyi hərbi cinayətlər siyahısına əlavə edib".

"Biz beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olan qurumları, xüsusilə də BMT Təhlükəsizlik Şurasını öz öhdəliklərini yerinə yetirməyə və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən araşdırılan İsrail tərəfindən bu cinayətlərin törədilməsinə son qoymağa çağırırıq", - məlumatda qeyd olunub.

Bundan əvvəl "Əl-Cəzirə" telekanalı İsrail ordusunun Qəzza şəhərinin Dərac bölgəsində yaşayış binasına hücum etdiyini, Zeytun və Sabra yaşayış məntəqələrini də artilleriya atəşinə tutulduğunu bildirmişdi. Bundan əlavə, gecə saatlarında İsrail döyüş təyyarələri Rəfah şəhərinin şimalındakı Şabura bölgəsinə və Nuseyrat düşərgəsinin şimalındakı Əl-Dəva bölgəsindəki yaşayış binasına zərbələr endirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
iqtisadiyyat.az

1Mənbələr