AZ

Bayden və Makronun birgə bəyanatı: “Cənubi Qafqazda sülh…”

ABŞ və Fransa Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasına tərəfdardırlar. 

“Cebhe.info” xəbər verir ki, bu barədə ABŞ və Fransa prezidentlərinin Parisdə danışıqların yekunu üzrə birgə bəyanatında deyilir.

Onlar regionun bütün xalqlarının rifahı naminə Cənubi Qafqazda gələcək regional inteqrasiyanı dəstəkləyirlər:

“ABŞ və Fransa Gürcüstan xalqını Avro-Atlantik istəklərində dəstəkləməyə sadiq olduqlarını bir daha təsdiqləyirlər. Prezidentlər hakim “Gürcü arzusu” Partiyasını ictimaiyyətin istəklərinə hörmətlə yanaşmağa və Avro-Atlantik yola qayıtmağa çağırırlar.

ABŞ və Fransa Cənubi Qafqazda beynəlxalq hüquqa və suverenlik, sərhədlər və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyir. Onlar regionun bütün xalqlarının rifahı naminə Cənubi Qafqazda gələcək regional inteqrasiyanı dəstəkləyirlər”, - Co Bayden və Emmanuel Makron birgə bəyanatda bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
2
cebheinfo.az

4Mənbələr