AZ

Bankda krediti olanlara SEVİNDİRİCİ XƏBƏR - 3 milyon insan...

"Mərkəzi Bank istehlak kreditləri ilə bağlı qaydalara dəyişiklik edib. Belə ki, yeni qaydalara əsasən, istehlak kreditləşməsində sığortadan istifadə olunacaq".

Milli.Az xəbər verir ki, bu sözləri baku.ws-ə milıət vəkili Vüqar Bayramov bildirib. 

Deputat əlavə edib ki, əvvəlki dövrlərdə isə kredit götürən vətəndaş əgər dünyasını dəyişərdisə, bu zaman krediti onun ailəsi tərəfindən qaytarılırdı, bəzi hallarda bu, ailə üçün ciddi maliyyə yükü yaradırdı:

"Ona görə də məhz daha öncə də biz istehlak kreditləşməsində sığortadan istifadə olunmasını təklif etmişdik. Hazırda istehlak kreditlərinin həcmi yeddi milyard manata yaxındır və eyni zamanda 3 milyon vətəndaşımız istehlak kreditindən istifadə edir. Bu baxımdan sığortadan istifadə olunması praktiki olaraq belə halların minimumlaşdırılmasına gətirib çıxarmaqla yanaşı, eyni zamanda kredit faizinin azalmasına gətirib çıxara bilər. Çünki risklərin idarə olunması kredit faizinin azaldılması baxımından çox vacibdir.

Bu baxımdan gözlənti ondan ibarətdir ki, sığortadan istifadə olunma istehlak kreditlərinin faizlərinə təsir göstərəcək və praktik olaraq bu, kommersiya banklarının təklif etdiyi kredit faizlərinin azalmasına daha ucuz, daha aşağı faizli kreditlər təklif edilməsinə səbəb ola bilər.

Daha aşağı faizli kreditlərin təklif olunması təbii ki, əlçatanlığın artırılması baxımından vacibdir. Bu Qaydalar digər mühüm məqam əlilliyi olan şəxslərin kreditlərə çıxış imkanlarının genişləndirilməsi və eyni zamanda əlillik dərəcəsində dəyişiklik baş verirsə, bunun sığorta tərəfindən kompensasiya edilməsidir.

Belə ki, əvvəlki dövrlərdə əlilliyi olan şəxslərin kredit götürməkdə çətinlikləri vardır və sığorta mexanizmindən istifadə olunması praktiki olaraq bu çətinliklərin aradan qaldırılmasına imkan verəcək. Yeni qaydaların tətbiq edilməsi bir tərəfdən risklərin bölüşdürülməsi və sığortalanmasına imkan verəcək. Xüsusən də kredit götürən şəxs dünyasını dəyişərsə və ya əmək qabiliyyətini itirərsə, bu halda sığorta şirkəti tərəfindən vəsaitin kreditin qaytarılması həyata keçiriləcək. Yəni həmin kreditorun vərəsəsi və ailəsi tərəfindən deyil, sığorta tərəfindən geri qaytarılacaq ödəniləcək və bu da həmin şəxsin ailəsi üçün hər hansı bir çətinlik yaratmayacaq.

Eyni zamanda, kredit faizlərinin azalması isə bütövlükdə kredit götürmək istəyən vətəndaşlarımız üçün yeni imkandır. Daha ucuz, daha aşağı faizlə kreditlərin əldə edilməsinə imkan yaradacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
18
milli.az

10Mənbələr