AZ

"Yuventus" Moratanın transferini düşünür

style='margin-bottom:10px;'>

"Yuventus" "Atletiko"nun  hücumçusu Alvaro Moratanı yenidən transfer edə bilər.

QOL.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb. Bildirilib ki, Turin təmsilçisinin bu qərarı komandanın hücumçusu Arkadiuş Milikin zədə alması və təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalması ilə əlaqədardır. 

Bildirilir ki, ispaniyalı futbolçu A Seriya klubuna qayıtmaq qərarına gəlsə, maaşını azaltmalı olacaq.

31 yaşlı oyunçu artıq 2014-2016-cı illərdə, daha sonra isə 2020-2022-ci illərdə "Yuventus"da çıxış edib. Onun "Atletiko" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
3
teleqraf.com

4Mənbələr