AZ

Çexiyada terror təhlükəsi elan edilib

Ötən gecə Çexiya polisi təcili olaraq ictimai yerlərdə, ticarət mərkəzlərində, ictimai nəqliyyatda və qatar stansiyalarında təhlükəsizlik tədbirlərini gücləndirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, yerlipolis terror aktının törədilə biləcəyi ilə bağlı məlumatlar üzərində işləyir.

Bazar ertəsi Dövlət Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

...Təhlükə infrastruktura hücuma aiddir və bütün polis əməkdaşları növbəti xəbərdarlıq edilənə qədər bütün 24 saatlıq növbətçilik müddətində “terror” rejiminə keçiblər. Onlara ətrafda, xüsusən də avtobus və qatar stansiyalarının ətrafında hərəkət edən hər hansı şübhəli şəxslərə diqqət yetirmək əmri verilib.

Bu, “iDNES.cz”-in məlumatıdır.

Bu arada məlumatı təsdiqləyən Daxili işlər naziri Vit Rakuşan, hazırda təhlükəsizlik qüvvələrinin konkret təhlükə barədə birbaşa məlumatının olmadığını da etiraf edib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
sia.az

1Mənbələr