AZ

"Yuventus" "Atalanta"nın futbolçusunu transfer etmək istəyir

“Yuventus” “Atalantan”nın hücumameyilli yarımmüdafiəçisi Ten Kopmeynersin mümkün transferi üçün qarşı tərəfə yeni şərtlər təklif edib. 

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, Berqamo təmsilçisi niderlandlı yarımmüdafiəçini 60-70 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil. 

Turin klubu isə “Atalanta”ya Moyze Kin, Din Huysen, Samuel Aylinq və 25 milyon avro təklif edib. Lakin qarşı tərəfdən hələ ki, konkret cavab gəlməyib.

Daha əvvəl isə Tenin "Yuventus"la müqaviləni artıq razılaşdırdığı bildirilirdi. 26 yaşlı Kopmeyners 2021-ci ildə “AZ Alkmaar”dan Berqamo klubuna keçib. 

Bu mövsüm yarımmüdafiəçi “Atalanta”da bütün turnirlərdə 50 oyun keçirib və 15 qol vurub, 7 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
sportal.az

2Mənbələr