ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi CNN telekanalına müsahibəsində İsrailin baş naziri Benyamin Netanyahunun gələn ay Konqresdəki çıxışını düzgün hesab etmədiyini bildirib.Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.“Onun dəvət olunması çox kədərlidir, amma bundan sonra nə olacağını heç kim bilmir. O, əvvəlki kimi baş nazir olacaq?”, – deyə Pelosi bildirib.“Mən istərdim ki, o, dövlət xadimi olsun və İsrail üçün lazım olanı etsin. Biz hamımız İsraili sevirik. Biz hamımız İsrail üçün döyüşmüşük. 7 oktyabr dəhşətli idi. Həmas terror təşkilatıdır. Onların məqsədi İsraili məhv etməkdir. Qəzza əhalisi əziyyət çəkir. Biz onlara kömək etməliyik”,-deyən Pelosi, Netanyahunun Konqresdəki çıxışının xeyirdən çox zərər verəcəyini bildirib”.Yeganə
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta