AZ

Yığmamızdan 14 ilin REKORDU

Azərbaycan millisi 2024-cü ilə qollu oyunlar seriyası ilə başlayıb.

İdman.biz xəbər verir ki, Arif Əsədovun başçılıq etdiyi yığma bu il meydanı qolsuz tərk etməyib.

Komandamız ardıcıl 3-cü matçda qol sevinci yaşayıb. Monqolustan (1:0) və Bolqarıstanla (1:1) görüşlərin ardından Albaniya ilə qarşılaşmada da futbolçularımız rəqib qapısına yol tapıblar – 1:3.

Bu, son 14 ildə ilk belə hadisədir. Millimiz sonuncu dəfə 2010-cu ilin ilk üç matçında qol vurub. Həmin vaxt komandamız İordaniyanı 2:0, Lüksemburqu 2:1 hesabı ilə məğlub edib, Moldova ilə sülhə imza atıb – 1:1. Bu matçların hamısı yoxlama xarakterli olub.

Qeyd edək ki, yığmamız iyunun 11-də Qazaxıstanla yoldaşlıq oyununda seriyasını 4-ə də çatdıra bilər.

Vüqar Xeyrullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
idman.biz

1Mənbələr