AZ

Bolqarıstanda növbədənkənar parlament seçkiləri və Avropa Parlamentinə seçkilər keçirilir

Bolqarıstanda 50-ci Xalq Məclisinə (birpalatalı parlament) növbədənkənar seçkilər və Avropa Parlamentinə seçkilər başlayıb.

APA-nın xəbərinə görə, yerli vaxtla saat 07:00-da ölkədə 13 minə yaxın seçki məntəqəsi açılıb, 60 xarici ölkədə isə 769 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Seçkilərə 20 partiya və 11 koalisiya qatılıb. Parlamentdə 240 deputat mandatı uğrunda 6100 namizəd, Avropa Parlamentində 17 mandatı uğrunda isə namizəd mübarizə aparır.

Səsvermənin ilk qeyri-rəsmi nəticələri saat 20:00-da seçki məntəqələri bağlanan zaman məlum olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
15
apa.az

10Mənbələr