AZ

Rusiyanın iki regionunda eyni anda tornado göründü: Maşınları aşırdı, dirəkləri qırdı

Rusiyanın iki bölgəsində bir anda güclü tornado baş verib və dağıntılara səbəb olub.
Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Kadrların biri Başqırdıstanda qeydə alınıb. Məlumata görə, burada səkkiz dəmir-beton dirək qırılıb, elektrik xətlərinə ziyan dəyib və qasırğa iki avtomobili aşırıb.
Tornado Çelyabinsk vilayətindən də ziyansız ötüşməyib. Burada da ağaclara və elektrik dirəklərinə ziyan dəyib. Nəticədə bir neçə kənd işıqsız qalıb.
Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.
Mənbə: RT
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
5
oxu.az

4Mənbələr