AZ

Moldovada etirazlar: "Qanunsuz prezident" seçilə bilər

Moldovada prezident seçkilərindən sonra ciddi etirazlar baş verə bilər.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Moldovanın eks-prezidenti, Sosialistlər Partiyasının lideri İqor Dodon deyib.

"Onlar ən yaxşısı deyil, bəzi ölkələrin təcrübəsini götürdülər və poçtla səs verə biləcəyiniz qanun qəbul etdilər" -, deyə Dodon bildirib.

O qeyd edib ki, hakimiyyət ABŞ və Kanadada yaşayanlardan başqa digər ölkələrdə olan bütün Moldova vətəndaşlarına poçt vasitəsilə səsvermə hüququ verib. Sosialist Partiyasının lideri bunu qanunsuz və konstitusiyaya zidd hesab edib.

Dodonun proqnozuna görə, Maia Sandu bu səslər sayəsində qalib gələrək “qanunsuz prezident” ola bilər.


Müəllif: Pərvin Cəfərova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
teleqraf.com

1Mənbələr