AZ

Bolqarıstanda Milli Assambleyaya və Avropa Parlamentinə seçkilər keçiriləcək

Bakı. Trend:

Bolqarıstan vətəndaşları bazar günü eyni vaxtda həm ölkə MilliAssambleyasının (parlament) deputatlarını, həm də AvropaParlamentinin deputatlarını seçəcəklər.

Trend-in məlumatına görə, bu barədə qərar aprelin əvvəlindəBolqarıstan prezidenti Rumen Radev tərəfindən verilib.

Məlumata əsasən, rotasiya adlanan Nazirlər Kabineti üç cəhddənsonra planlaşdırılan rotasiyanı həyata keçirə bilmədi - "DemokratikBolqarıstan" ilə "Dəyişiklikləri davam etdirin" blokunun lideri, ozaman baş nazir olan Nikolay Denkov GERB partiyasının nümayəndəsiMariya Qabrielə hakimiyyətin rahat ötürülməsi ilə bağlı razılığagələ bilməyib. M.Qabriel Bolqarıstan Sosial Demokratları ((SosialDemokrat İttifaqı) ilə koalisiyada çıxış edib.

Aprelin əvvəlindən Bolqarıstanda Hesablama Məhkəməsinin sədriDimitar Qlavçev tərəfindən yaradılmış texniki hökumət fəaliyyətgöstərir. R.Radev isə həm Bolqarıstan Milli Assambleyasına, həm dəAvropa Parlamentinə seçkilərin eyni gündə - 9 iyun tarixindəkeçirilməsinə qərar verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
az.trend.az

1Mənbələr