AZ

Dünyanın ən çox qazanan musiqiçilərindən biri 10 ildir telefon istifadə etmədiyini açıqladı

Məşhur britaniyalı müğənni Ed Şiran 10 ildir telefon istifadə etmədiyini açıqlayıb.
Bu barədə o, "Therapuss" podkastında qonaq olarkən danışıb.
Aparıcı Ceyk Şeyn müğənninin telefon nömrəsini istəyib, Ed isə yalnız e-poçt ünvanını verə biləcəyini söyləyib.
"Mən 2015-ci ilin dekabrında telefondan imtina etdim. Təxminən 15 yaşımdan eyni nömrəm var idi. Məşhurlaşdım və telefon kitabçamda 10 minə yaxın kontakt oldu. Bütün bu insanlar mənə daim nə isə yazırdılar və mən də onlara cavab verməli olurdum", - deyə ifaçı izah edib.
32 yaşlı müğənni əlavə edib ki, smartfon olmadan yaşamaq onun üçün böyük bir azadlıq olub. O, indi yalnız e-poçt vasitəsilə ünsiyyət qurur və bu, onun həyatını daha rahat və səmərəli edib.
Qeyd edək ki, Ed Şiran müasir pop-musiqi dünyasının ən tanınmış simalarından biridir. O, "Shape of You", "Perfect", "Thinking Out Loud" kimi hitləri ilə dünya şöhrəti qazanıb. Müğənni həmçinin, sosial məsuliyyət layihələri ilə də məşğul olur və xeyriyyəçilik tədbirlərində fəal iştirak edir.
2019-cu ildə o, "Forbes"un dünyanın ən yüksək maaş alan musiqiçilərı siyahısında üçüncü yeri tutub. Qazanılan məbləğ 110 milyon dollar idi.
Mənbə: "Koroçe" "Telegram" kanalı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
6
oxu.az

7Mənbələr