AZ

Frank Schwabe –TRANSLATING INTO TERMS OF CONSCIENCE

Xəbər verdiyimiz kimi, REAL Təhlil İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev bir neçə gün əvvəl tamaşaçılarına yeni  “Frank Şvabe – Vicdan dilinə tərcümədə” telepamfletini təqdim etmişdi. 

 

Senzor.az xatırladır ki, böyük rezonansa səbəb olmuş həmin telepamflet bu sözlərlə başlayır: “Tutaq ki, Frank Şvabe mənəm. Avropa Şurasının deputatıyam. Azərbaycana bir neçə il əvvəl Avropa Şurası adından seçkiləri müşahidəyə gəlmişdim. Vicdanım oyansaydı, yəqin başşqa cür danışardım. Məsələn, deyərdim ki, “Xəzərin sahilində yerləşən bu Qafqaz respublikasında biz qərblilər sabitlik yox, iğtişaş görmək istəyirik”. Deyərdim ki, “mən çox miskinəm, Qərəzim, kinim ruhumu şeytana müttəfiq eləyib. Mən yaxşılığın qarşısına yaxşılıqla çıxmağa adət etməmişəm. Avropanın ağır zamanlarında Azərbaycanın ona verdiyi qaza, neftə, enerji təhlükəsizliyimizin təmin olunmasındakı iştirakına görə, bu ölkəyə sadəcə nifrət eləyirəm”...

 

Biz Senzor.az olaraq həmin telepamleti dərc edib yaymış (https://senzor.az/bas-yazi/39104-frank-svabe-.html) və oxucularımızdan xahiş etmişdik ki, axıra qədər bu cür sərt tonda davam edən reportaja mütləq baxsınlar. Ən azı dostumuzu və düşmənimizi daha yaxşı tanımaq, bizə olan paxıllığın, qərəzin kökündə nələrin dayandığını bilmək üçün...  

 

Sonda isə müvafiq dövlət qurumlarına bir təklif vermişdik: “İmkan varsa, bu telepamfleti Avropa xalqlarının ən azı bir neçə dilinə tərcümə etdirib daha geniş auditoriyada yayımladın. Yoxsa elə çıxacaq ki, elə özümüz deyib-göstərir və yalnız özümüz də baxırıq. Halbuki bu tip verilişlərə ilk növbədə məhz Avropa xalqları və siyasətçiləri baxmalıdırlar…”.

 

Sevindirici haldır ki, bu gün müvafiq dövlət qurumları olmasa da, REAL TV və şəxsən Mir Şahin Ağayev həmin reportajı tamaşaçılara ingilis dilində də təqdim ediblər. Yeri gəlmişkən, müəllif bununla bağlı sosial şəbəkədəki anons-paylaşımında yazıb: “Əziz azərbaycanlılar! Əsl azərbaycanlılar! 

Bu yaxınlarda Frank Şvabenin və ümumiyyətlə “şvabekimilərin” Azərbaycana qarşı fəaliyyətinə həsr edilmiş telepamflet təqdim etmişdik. Amma təbii ki Azərbaycan dilində. İndi isə eyni reportajı ingilis dilində də yayırıq ki, dünyada anlayanı çox olsun. Baxın, Siz də öz sosial hesablarınızda paylaşın, xaricdə yaşayan dost-tanışınıza tövsiyə edin. Müharibə bitib, düzdür, amma informasiya müharibəsi davam edir. O müharibə isə biz, yəni Azərbaycan mediası qalib gələndə bitəcək”.

 

Senzor.az olaraq biz də bu çağırışa qoşulur, dəyərli həmkarımız Mir Şahin Ağayevə, eləcə də bütün REAL TV-yə göstərdikləri fədakarlığa görə təşəkkür edir və müqəddəs mübarizələrində uğurlar arzulayırıq… 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
senzor.az

1Mənbələr