AZ

Xorvatiya Portuqaliyanı məğlub etdi

style='margin-bottom:10px;'>

Bu gün Portuqaliya və Xorvatiya milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

QOL.az xəbər verir ki, görüşdə Xorvatiya millisi 2:1 hesabı ilə qalib gəlib. Oyunda hesabı 8-ci dəqiqədə Xorvatiya millisinin kapitanı Luka Modriç açıb. Dioqo Jota 48-ci dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib. 56-cı dəqiqədə isə Ante Budimir matçda son nöqtəni qoyub.

Qarşıdan gələn Avropa çempionatında Portuqaliya millisi Gürcüstan, Türkiyə və Çexiya ilə eyni qrupda çıxış edəcək. Xorvatiya millisi İspaniya, İtaliya və Albaniya ilə eyni qrupda mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
teleqraf.com

2Mənbələr