AZ

“Taliban” bu dəfə Kazanda keçirilən foruma dəvət alıb...

...Kazanda keçiriləcək forumda “Taliban” hərəkatının (Rusiya Federasiyasında qadağan olunmuş terror təşkilatı-A.B.) nümayəndələri iştirak edəcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Moskovskiy Komsomslets” Baza Telegram kanalına istinadənyazıb. Nəşrin məlumatına görə, “Taliban” nümayəndə heyəti təhsil nazirlərinin “Gələcəyin formalaşdırılması” beynəlxalq forumunda iştirak edəcək.

“Taliban”ın bir qrup nümayəndəsi, o cümlədən əmək və sosial əlaqələr naziri və Əfqanıstan Ticarət və Sənaye Palatasının rəhbəri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün iyunun 5-də Rusiya Federasiyasına uçub.

Rusiya Biznes Mərkəzinin rəhbəri Rüstəm Xabibullin bildirib ki, Əfqanıstanın müxtəlif mütəxəssislərə, o cümlədən mühəndislərə və pedaqoqlara böyük ehtiyacı var.

Bir gün əvvəl Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundan kənar “Taliban”la görüşüb.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
sia.az

1Mənbələr