AZ

Gəncədə yağışın fəsadları aradan qaldırılıb

Gəncədə

Gəncə, 9 iyun, AZƏRTAC

Gəncə ərazisinə yağan leysan xarakterli yağış nəticəsində yaranan sel suları şəhərin Cavad Xan küçəsində və piyada keçidində fəsadlar yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əraziyə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Keçidə dolan sel suları nasoslar vasitəsilə kənarlaşdırılıb. Analoji tədbirlər şəhərin digər yaşayış massivlərində, küçə və prospektlərində də həyata keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
3
azertag.az

4Mənbələr