AZ

İki hesabat təqdim edilsə də, amma araşdırma hələ başa çatmayıb...

İran prezidenti İbrahim Rəisi ilə bağlı helikopter qəzasını araşdıran komissiya iki hesabat təqdim edib, araşdırma davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Türkiyənin CNN Türk telekanalına müsahibəsində deyib.

Baqirinin sözlərinə görə, Baş Qərargah faciəni araşdırmaq üçün texniki ekspert komissiyası təyin edib.

Hələlik iki hesabat təqdim edilsə də, amma araşdırma hələ başa çatmayıb.

RİA Novosti xəbər verir ki, nəticələr İranın Ali Rəhbərinə və xalqına təqdim olunacaq.

Xatırladaq ki, may ayında Şərqi Azərbaycan əyalətində göyərtəsində İran prezidenti İbrahim Rəisinin olduğu Amerika istehsalı olan helikopter qəzaya uğramışdı. Təyyarədə olan 8 nəfərin hamısı həlak olmuşdu.

...Və İran hakimiyyəti təxribat ehtimalını istisna edib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
sia.az

1Mənbələr