AZ

ABŞ-ın qlobal iqtisadiyyata borcunun həcmi açıqlanıb...

...Vaşinqtonun qlobal iqtisadiyyata cəmi 54,3 trilyon dollar borcu var.

SİA-nın əldə etdiyi məlumata görə, bu rəqəmi Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.

Rusiya liderinin dediyinə görə, bu məbləğin 12,6 trilyon dolları ABŞ sərhədlərindən kənarda onları bank hesablarında saxlayan şəxslərə məxsusdur.

Daha 10 trilyon ABŞ şirkətləri tərəfindən alınıb və bu aktivlər Amerika iqtisadiyyatına inamdan başqa heç nə ilə dəstəklənmir.

Rusiya prezidentinin sözlərinə görə, qeyd olunan məbləğin qalan hissəsi digər ölkə vətəndaşlarının ABŞ şirkətlərinə sərmayələrini əks etdirir.

Bu sərmayələr Amerika korporasiyalarının etibarlılığı və onların yüksək bazar dəyəri haqqında təsəvvürlərdən irəli gəlir.

Əslində, ABŞ-ın artan milli borcu və inflyasiyası investorların dünyanın ən böyük iqtisadiyyatına inamını sarsıda bilər - üstəlik, bu, heç nə ilə dəstəklənmir...

Bunu isə SİA etibarlı mənbəələrə istinadən yazır.

Əli Babayev

Seçilən
141
sia.az

1Mənbələr