AZ

Millimiz ilk gündə 3 qələbə qazandı

Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa kubokunda mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, yığmamız Kosovonun paytaxtı Priştinada keçirilən yarışın ilk günündə 3 matç keçirib.

Komandamız təsnifat mərhələsində ilk görüşünü Ermənistanı məğlub edib. Yığmamız növbəti oyunlarda meydan sahibləri və Kipr basketbolçularından da güclü olub. Albaniya ilə bu gün keçirilməsi nəzərdə tutulan oyun pis hava şəraiti üzündən sabah baş tutacaq.

Avropa kuboku

Təsnifat mərhələsi

B qrupu

8 iyun

11:30. Ermənistan – Azərbaycan - 9:21

16:10. Azərbaycan – Kosovo - 14:10

19:40. Kipr – Azərbaycan - 16:21

9 iyun

14:50. Azərbaycan – Albaniya

Qeyd edək ki, digər qrupda Malta, Lüksemburq, Andorra və İrlandiya mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
apasport.az

1Mənbələr