AZ

Zaxarova Avropa İttifaqı ilə Ukrayna arasındakı münasibətləri tragikomediya adlandırıb

Ukrayna ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər tragikomediyadır. APA xəbər verir ki, bunu şənbə günü Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovadeyib.

“Bu, çox gülməlidir. Təəssüf ki, eyni zamanda kədərlidir. Bu, Aİ ilə Ukrayna arasında münasibətlərdə baş verən tragikomediyadır. Uzun illərdir ki, Qərb Ukraynanın Avropa Birliyinə daxil olması barədə söhbətlərlə sözün əsl mənasında ona sataşır” - deyə XİN rəsmisi deyib.

Diplomat xatırladıb ki, Ankaraya da uzun illərdir ki, belə vədlər verilir, lakin Türkiyənin öz milli maraqları var və dövlət onları qoruyur. Zaxarova əlavə edib ki, ölkə (Türkiyə) hər zaman iqtisadiyyatı və demokratik prosesləri dəstəkləyir.

Xatırladaq ki, hələ 2023-cü ilin dekabrında politoloq Dmitri Solonnikov “İzvestiya”ya müsahibəsində Ukraynanın Avropa İttifaqına daxil olması Avropa ölkələrinin büdcələri üçün baha başa gəldiyi üçün qeyri-realdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
3
apa.az

3Mənbələr