AZ

"Sərhədsiz Reportyorlar"ın baş katibi xərçəngdən öldü

"Sərhədsiz Reportyorlar" Təşkilatının (RSF) baş katibi Kristof Deluar iyunun 8-də 53 yaşında Parisdə vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Le Monde" qeyri-hökumət təşkilatındakı mənbəyə istinadən bildirib.

Jurnalist bu yaxınlarda beyində şişin gec aşkarlanmasından sonra xəstəxanaya yerləşdirilmişdi.

2023-cü ilin iyulunda Fransa prezidenti Emmanuel Makron Kristof Deluara Ümumi İnformasiya Vəziyyətinin (EGİ) rəhbər komitəsinin idarəçiliyini tapşırmışdı.

İşlər iyunun sonuna kimi yekunlaşmalı idi.

Bu təşəbbüslə Makron “bütün müdaxilə cəhdləri ilə mübarizə aparmaq və jurnalistlərə əsas missiyalarını yerinə yetirmək üçün mümkün olan ən yaxşı zəmin təmin etmək” istəyirdi.

Zaur, BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
bakupost.az

1Mənbələr