AZ

Sorğu: Almanların 70%-i hazırkı hökumətin işindən narazıdır

Almaniya sakinlərinin əksəriyyəti hakim “Svetofor” koalisiyasının (SPD, Yaşıllar, FDP) işindən razı deyil.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bunu “Bild am Sonntag” qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun məlumatları sübut edir.

Nəticələr göstərib ki, respondentlərin 70%-i hökumətin fəaliyyətindən narazıdır. Yalnız sorğuda iştirak edənlərin 22%-i əks fikir bildirib.

Eyni zamanda, 62% şəxs Almaniya kansleri Olaf Şoltsun işindən razı deyil. Yalnız 27% Almaniya hökumətinin başçısının siyasətinə müsbət rəy bildirib.

Almaniyada siyasi birliklərin populyarlıq reytinqində hakim koalisiyaya daxil olan partiyalar birlikdə cəmi 33% toplayır. Bu, 2021-ci il federal seçkiləri ilə müqayisədə təxminən 19 faiz bəndi azdır.

Xüsusilə, Şolsun Sosial Demokrat Partiyası (SPD) cəmi 16%, Yaşıllar - 12%, Azad Demokrat Partiyası isə cəmi 5% səs alıb. Üstəlik, Sosial Demokratlar və sağçı Almaniya üçün Alternativ partiyasına dəstək səviyyəsi indi eynidir (hər biri 16%).

Reytinqə 30% səslə Xristian Demokrat və Xristian Sosial Birliklərinin müxalifət bloku başçılıq edir. Respondentlərin yalnız 3%-i sol partiyanı dəstəkləyir.

İyunun 3-dən iyunun 7-dək aparılan sorğuda 1203 nəfər iştirak edib.


Telegram kanalımız
Seçilən
123
8
yenisabah.az

10Mənbələr