Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində 7 yaşayış məntəqəsinə hücum edib.
“İki sahil” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov “Telegram”da məlumat verib.
Onun sözlərinə görə, nəticədə 3 fərdi yaşayış evi və elektrik xətləri zədələnib: “Qrayvoronski şəhər rayonunun Bezymeno kəndində üç pilotsuz təyyarənin hücumu nəticəsində iki fərdi ev və bir yardımçı tikili zədələnib. Belqorod rayonunun Dubovoye kəndində mənzillərin birində PUA-nın qəzaya uğraması nəticəsində fərdi yaşayış evinin şüşələri sınıb, dam örtüyü zədələnib”.
Qubernatorun sözlərinə görə, Belqorod rayonunun Petrovka və Bessonovka kəndlərində elektrik xətləri sıradan çıxıb, Petrovka kəndinin sakinləri işıqsız qalıb: "Soloxi və Orlovka kəndləri ilə müvəqqəti əlaqə yoxdur. Təcili yardım qrupları Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə razılaşdıqdan sonra bərpa işlərinə başlayacaq".
Məhəeeəm Ağalaroğlu, “İki sahil”