AZ

Daha bir Avropa nəhəngi “Real”ın qapıçısına elçi düşdü

“Yuventus” “Real”ın 25 yaşlı qapıçısı Andrey Luninlə maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırda daimi oyun təcrübəsinin olmasını istəyən Lunin “Los Blankos” ilə gələn ilin yayında başa çatacaq müqaviləsini yeniləməli, yoxsa komandanı tərk etməli olduğunu təhlil edir.

Ukraynalı qolkiperin agenti olan Jorje Mendeşin artıq müştərisi üçün yeni klub axtarışlarına başladığı vurğulanır. Luninlə “Yuventus”dan başqa “Atletiko”, PSJ və “Mançester Siti” də maraqlanır.

Seçilən
90
publika.az

1Mənbələr