AZ

Şvyontek “Rolan Qarros” tarixində

Dünyanın 1 nömrəli qadın tennisçisi İqa Şvyontek 4-cü dəfə “Rolan Qarros”un qalibi olub.

İdman.biz xəbər verir ki, polşalı tennisçi Fransa Açıq Turnirində qələbə sayında 5-ci pilləyə yüksəlib.

İspaniyalı tennisçi Rafael Nadal 14 dəfə Parisdə fəxri mükafata sahib olub. Onu 7 titulla Kris Evert (ABŞ) izləyir. Şteffi Qraf (Almaniya) və Byorn Born (İsveç) 6 qələbə ilə 3-4-cü pillələrdə qərarlaşıblar. Şvyonteklə yanaşı Helen Uilz-Mudi (ABŞ), Jüsten Enin-Erden və Anri Koşeye hərəyə 4 titul qazanıblar.

Qeyd edək ki, polşalı idmançı Fransada 4 qələbəyə çatan ən gənc tennisçi olub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
idman.biz

1Mənbələr