AZ

İşsizlər üçün məşğulluq tədbirləri həyata keçiriləcək - VİDEO

Parlament 2024-cü il dövlət büdcəsinə dəyişiklikləri ilk oxunuşda təsdiqlədi.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, dəyişikliklərdə 3 milyard 796 milyon manat məbləğində yeni xərclərin həyata keçirilməsi nəzərdə tutulub.

Plenar iclasda "İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılaraq təsdiqlənib. Dəyişikliyə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədilə tədbirlər həyata keçiriləcək.

Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti iclasının iyunun 14-də keçiriləcəyi bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
milli.az

1Mənbələr