AZ

Türkiyənin Azərbaycan əsilli astronavtının kosmosda missiyası tamamlanıb

Bakı. TurkicWorld:

Türkiyənin Azərbaycan əsilli astronavtı Tuva Cihangir Atasever kosmosda missiyasını başa vurub.

TurkicWorld-un məlumatına görə, astronavtın da olduğu "VSS Unity" suborbital idarəolunan kosmoplanı ABŞ-ın Nyu-Meksiko ştatındakı "Spaceport" kosmodromundan uçub.

Məlumata əsasən, kosmoplanın buraxılışı yerli vaxtla saat 08:30-da baş tutub. Kosmik gəminin uçuşu 1 saat 10 dəqiqə davam edib. Bildirilib ki, 15 dəqiqə ərzində elmi təcrübələr həyata keçirilib. Daha sonra əvvəl kosmik kapsul, ardınca daşıyıcı raket Yerə uğurlu eniş edib.

Seçilən
172
turkic.world

1Mənbələr