AZ

"Sonra insanlar qərar verdilər ki, mən dəli olmuşam”

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger hücumçu Kilian Mbappeni braziliyalı mərhum futbolçu Pele ilə müqayisə edib.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, fransalı mütəxəssis onun yeni Pele olduğunu bildirib:

“Kilianın oyununu ilk görəndə düşündüm: O, yeni Peledir. Sonra insanlar qərar verdilər ki, mən dəli olmuşam”.

Mbappe ötən günlərdə komandasını dəyişib. 25 yaşlı hücumçu azad agent kimi PSJ-dən “Real”a keçib. Tərəflər 2029-cu ilin ortalarına qədər olan müqavilə bağlayıb.

Fransalı futbolçu ötən mövsüm Liqa 1-də 29 oyun keçirib, 27 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
sportinfo.az

1Mənbələr