AZ

Rus Kozlov da HƏMAS-ın əsirliyindən azad edilib

Xəbər verildiyi kimi, İsrail hərbçiləri Qəzza zolağında əsirlikdə olan dörd girovu, o cümlədən Rusiya vətəndaşını azad edə bilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Times of Israel” məlumat yayıb.

Nəşr HƏMAS əsirliyindən azad edilən məhbusların adlarını da çəkir: Nuh Arqamani, Almoq Meir, Şlomi Ziv və Andrey Kozlov.

Deyilənə görə, məhbuslar fələstinli qaçqınlar üçün Nuseyrat düşərgəsi ərazisində keçirilən xüsusi əməliyyat zamanı tapılıb. Onların sağlamlıq vəziyyəti narahatlığa əsas vermir. Əsirlərin 2023-cü ilin oktyabrından Qəzza zolağında olduğu məlum olub. 2023-cü il oktyabrın 7-də səhər saatlarında HƏMAS qruplaşmasının fələstinli yaraqlıları Qəzza zolağından İsrailə kütləvi raket hücumu həyata keçirib.

...Və sonradanquru əməliyyatı da həyata keçiriblər.

Buna cavab olaraq İsrail ordusu Fələstin anklavı ərazisinə zərbələr endirib və ölkənin milli təhlükəsizlik naziri İsraildə fövqəladə vəziyyət elan edib. Baş nazir Benyamin Netanyahu terrorla mübarizədə "Dəmir Qılınclar" əməliyyatının başladığını elan etdi və ehtiyatda olan hərbçilərin kütləvi səfərbər edilməsi əmrini verdi.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
sia.az

1Mənbələr