AZ

Slovakiyanın baş naziri xəstəxanada səs verdi

Ötən ay sui-qəsd cəhdindən sonra sağalmaq üzrə olan Slovakiyanın Baş naziri Robert Fitso Avropa Parlamentinə seçkidə səs verib.
Bu barədə o, "Facebook" səhifəsində yazıb.
Fitso xəstəxanada səs verdiyini deyib.
"Biz müharibənin davam etdirilməsinə deyil, sülh təşəbbüslərini dəstəkləyəcək avropalı deputatlara səs verməliyik", - o bildirib.
Xatırladaq ki, may ayının ortalarında sui-qəsd cəhdinə məruz qalan Slovakiyanın baş naziri o vaxtdan bəri ilk müraciətini iyunun 5-də dərc edib və orada bir neçə həftədən sonra işə qayıtmaq niyyətini açıqlayıb.
Mənbə: eurointegration.com.ua
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
2
oxu.az

2Mənbələr