AZ

Krımda Zelenski ilə əlaqəsi olan siyasətçinin mənzili milliləşdirilir

Krımın hakimiyyət orqanları milliləşdirilməli olan obyektlərin yeni siyahısına Vladimir Zelenski ilə əlaqəsi olan ukraynalı siyasətçi və oliqarx Vitali Xomutinnikin qohumlarına qeydiyyatda olan mənzili daxil edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukrayna liderinin dostunun evi Krımın cənub sahilindəki Livadiya kəndində yerləşir.

Qeyd olunur ki, regionun antiterror komissiyası tərəfindən hazırlanan sənəd hazırda Krım Respublikasının Dövlət Şurasında nəzərdən keçirilir.

Krım parlamentinin spikeri Vladimir Konstantinovun sözlərinə görə, milliləşdirilməli olan obyektlərin yeni siyahısı əvvəlkilər kimi irimiqyaslı olmasa da, buna baxmayaraq, böyük aktivləri ehtiva edir.

Məsələn, Zelenskinin mənzil aldığı binada onun dostu üçün də mənzil var. Onun dostu da oradan mənzil alıb və bu, sübuta yetirilib.

Bunu deyən Konstantinov gələcəkdə Zelenskinin tərəfdaşlarına məxsus digər mülklərin milliləşdirilməsini elan edib.

Yeri gəlmişkən, 2023-cü ilin sonunda müğənni Sofiya Rotarunun Yaltada yerləşən “Villa Sofia” adlı elit otelinin milliləşdirilməsi barədə məlumat yayılmışdı.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
sia.az

1Mənbələr