AZ

Koreyaya yenə zibil göndərildi, Seul hərəkətə keçdi

Şimali Koreyadan Cənubi Koreyaya yenidən hava balonları ilə tullantı bağlamaları göndərilib.

Yenicag.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik sərhəd zonada yaşayanlara, habelə küləyin təsiri ilə hava şarlarının cənub istiqamətində hərəkət ehtimalını nəzərə alaraq paytaxt Seul və ətrafındakı sakinlərə balonlara və zibil torbalarına toxunmamağı tövsiyə edib.

Bildirilir ki, mayın 28-dən bəri təxminən 3500 hava şarından istifadə edərək Cənubi Koreyaya 15 ton tullantı göndərilib.

Qeyd edək ki, Cənubi Koreya Şimali Koreyanın hava şarları ilə zibil göndərməsindən sonra 2018-ci il imzalanmış Koreyalararası hərbi deeskalasiya sazişini tam dayandırıb və iki ölkə arasındakı hərbi demarkasiya xətti yaxınlığında hərbi fəaliyyətləri bərpa etməyə qərara verib. Bundan başqa, Cənubi Koreyaya sığınmış şimallılar sərhəd zonada səsgücləndiricilər vasitəsilə Şimali Koreya əleyhinə təbliğat yayımını bərpa edib.

Seçilən
98
8
yenicag.az

10Mənbələr