AZ

Azərbaycan əsilli türkiyəli astronavt kosmosdakı missiyasını başa vurub - YENİLƏNİB

Aralarında Türkiyənin ikinci kosmonavtı Tuva Cihangir Ataseverin də olduğu təyyarə ABŞ-ın Nyu-Meksiko ştatındakı kosmik limanından havaya qalxıb.

APA xəbər verir ki, 1 saat 10 dəqiqə davam edən uçuş zamanı Atasever 3 təcrübə həyata keçirib.

Türkiyənin ikinci kosmonavtı Ataseverin tədqiqat kosmonavtı olduğu 6 nəfərlik “Galactic 07” komandasına ABŞ-dan iki, İtaliyadan isə bir xüsusi kosmonavt, həmçinin 2 pilot daxildir.

"VSS Unity" uçuş aparatı missiyasını tamamlayandan sonra yerə enib.

***

19:15

Bu gün Türkiyənin Azərbaycan əsilli astronavtı Tuva Cihangir Atasever ABŞ-nin Nyu-Meksiko ştatındakı “Spaceport” kosmodromundan kosmosa uçub.

APA NTV-yə istinadən xəbər verir ki, o, Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib.

Astronavt uçuş missiyasına əlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST” festivalı çərçivəsində ona təqdim etdiyi Türkiyə və Azərbaycan bayraqları ilə başlayıb.

Təxminən bir saat yarım davam edəcək uçuş ərzində 90 kilometr hündürlükdə 13 müxtəlif elmi təcrübə planlaşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
3
apa.az

4Mənbələr