AZ

Başqa şəxslərin maşınlarını ucuz qiymətə elan saytlarına yerləşdirdi...– TƏFƏRRÜATLARVİDEO

Başqa şəxslərin maşınlarını dəyərindən xeyli ucuz qiymətə elan saytlarına yerləşdirib... Bank kartına beh köçürüləndən sonra yoxa çıxıb...

Xezerxeber.az xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində vətəndaşları aldadaraq zərərçəkənlərin 60 min manata yaxın pullarını mənimsəyən şəxs saxlanılıb. Məlumata görə, Azər əliyev müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdirib.

Ona zəng edən vətəndaşlara "beh" göndərmələri üçün bank hesab nömrəsini təqdim edib, pulları əldə etdikdən sonra isə telefon zənglərinə cavab verməyərək əlaqəni kəsib.

Ümumilikdə 15 zərərçəkən aldadılıb, onların 60 min manata yaxın pulu ələ keçirilib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər. Faktlarla bağlı araşdırma davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
xezerxeber.az

1Mənbələr