İsrailin Nuseyrat qaçqın düşərgəsində keçirdiyi əməliyyat nəticəsində Qəzza zolağında saxlanılan bir neçə girov həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə HƏMAS hərəkatının hərbi qanadı - İzzəddin əl-Qəssam Briqadası qruplaşmasının rəsmi nümayəndəsi Əbu Ubeydə “Telegram”da bildirib.
İsraili girovlarla hədələyən Əbu Ubeydə qeyd edib ki, Nuseyratdakı əməliyyat HƏMAS-ın əlində qalan girovlar üçün şəraitin pisləşməsinə səbəb olacaq: “Bu cür hərəkətlər onlar (girovlar – red.) üçün ciddi təhlükə yaradır.
Məhəeeəm Ağalaroğlu, “İki sahil”