AZ

KXDR yenidən Cənubi Koreyaya zibil balonları göndərib

Koreya Xalq Demokratik Respublikasından (KXDR) Cənubi Koreya tərəfə yenidən hava balonları ilə tullantı bağlamaları göndərilib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik sərhəd zonada yaşayanlara, habelə küləyin təsiri ilə hava şarlarının cənub istiqamətində hərəkət ehtimalını nəzərə alaraq paytaxt Seul və ətrafındakı sakinlərə balonlara və zibil torbalarına toxunmamağı tövsiyə edib.

Bildirilib ki, mayın 28-dən bəri təxminən 3500 hava şarından istifadə edərək Cənubi Koreyaya 15 ton tullantı göndərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
25
unikal.az

10Mənbələr