Fələstinli HƏMAS radikal qruplaşması tərəfindən əsirlikdən azad edilən rusiyalı Andrey Kozlov İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb .
Publika.az xəbər verir ki, onların görüşündə lentə alınan video İsrailin baş nazirinin "X" hesabında paylaşılıb.
Görüntülərdə Kozlovun İsrailin baş nazirini qucaqlayaraq təşəkkür etdiyi görünür. O da çaşqın vəziyətdə ətrafındakılardan soruşur: “Nə baş verir?”
Qeyd edəjk ki, Andrey Kozlov, həmçinin 25 yaşlı qız və 21 və 40 yaşlı iki kişi iyunun 8-də İsrail ordusunun əməliyyatı zamanı HƏMAS-ın əsirliyindən azad edilib.
Onların hamısı 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı qaçırılıb.