AZ

Orijinal olmayan avtomobil ehtiyat hissələri sürücülərin həyatına təhlükədir – EKSPERT AÇIQLADI

Bu gün avtomobil ehtiyat hissələri satışı bazarında orjinaldan çox demək olar ki, sex məhsulları üstünlük təşkil edir.

Xezerxeber.az-ın xəbərinə görə, avto-ehtiyat hissələrinin satışı ilə məşğul olan Xəzər Şirməmmədov deyir ki, buna səbəb sürücülərin bu tip detallara üstünlük verməsidir.

Bəs avtomobildə orijinaldan fərqli olaraq, firma və sex məhsulu olan detaların nə kimi təhlükəsi var?

Avtomobil ustası Sahil Ağabəyli hesab edir ki, nəqliyyat vasitəsinin təkərləri, əyləc qəlibi, əyləc dayağı və əyləc mayesi mütləqdir ki, orginal olmalıdır.

Mütəxəssislər dedirlər ki, sürücülər detal alarkən mütləq onu ustaya da göstərsinlər. Bəzi hallarda orijinal adı ilə alınan hər hansı bir avto-ehtiyat hissəsi firma və yaxud da sexdə hazırlanan olur.

Usta onu da əlavə etdi ki, söhbət həyatı təhlükədən gedirsə, sürücülər avtomobilin alt işlək hissəsində sadalanan detalların orijinallığına ciddi əməl etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
5
xezerxeber.az

9Mənbələr