AZ

Portuqaliya millisinin üzvü "Bavariya"ya keçə bilər

"Fulhem"in yarımmüdafiəçisi Joao Palinya karyerasını Almaniya Bundesliqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Bavariya" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Münhen təmsilçisi 28 yaşlı dayaq yarımmüdafiəçisi ilə şəxsi şərtləri razılaşdırıb. Klublar arasında danışıqlar aparılır.

Qeyd edək ki, "Fulhem" Joao Palinyanı 2022-ci ilin yayında "Sportinq"dən transfer edib. Portuqaliya millisinin üzvü başa çatan mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
sportal.az

1Mənbələr