AZ

Juninyo müəmmalı mesaj yazdı, “şərh” bölməsini də bağladı - getmək ehtimalı...

“Qarabağ”ın ulduz siması Olavio Juninyo srağagün maraqlı paylaşım edib.

Braziliyalı forvard “instaqram” hesabında bu sözləri yazıb:
“Həyatımdakı hər şey üçün Tanrıya təşəkkür edirəm. “Qarabağ”la birlikdə fəth etdiyimiz hər şey üçün çox xoşbəxtəm”.

Həmçinin bu paylaşımın “şərh” bölməsini də bağlayıb. Futbolçunun belə müəmmalı paylaşımı futbolsevərlər arasında böyük maraq doğurub.

Məgər bu, vida mesajı deyilmi? Yəni bu mesaj Juninyonun “Qarabağ”dan ayrılacağı anlamına gəlmirmi? Mövzunu aydınlaşdırmaq üçün təcrübəli menecer Tural Əsgərovla əlaqə saxladıq:
“Bu paylaşımı Juninyonun “Qarabağ”dan getməsinə işarə saymaq, ümumiyyətlə, düzgün deyil. Birincisi, Juninyonun “Qarabağ”dan getmək ehtimalı çox cüzidi. Çünki hazırda Ağdam təmsilçisi futbolçunu satmaqda maraqlı deyil. Həmçinin ikiillik müqaviləsi olan oyunçunun zamanı bitməmiş klubun razılığı olmadan çıxıb getməsi öz istəyiylə olan bir məsələ deyil. Qaldı ki hücumçunun beynində getmək istəyi var, ya yox - bu da ona gələn təkliflərə bağlıdı. Hazırda ortada elə bir təklif yoxdu ki, Juninyo getmək istəsin. Bunu birmənalı şəkildə vida mesajı kimi qarşılamaq olmaz. Vidalaşacaqsa, onda Lunyov kimi ayrılacaq. Klubu tərk etdikdən sonra vida mesajını yazacaq”.

Xatırladaq ki, 27 yaşlı forvardın “Qarabağ”la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.

KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
football-plus.az

1Mənbələr