AZ

"Yuventus" onunla müqaviləni uzadır

style='margin-bottom:10px;'>

"Yuventus"un mərkəz yarımmüdafiəçisi Adrien Rabyo hazırkı klubunda oynamağa davam etmək qərarına gəlib.

QOL.az jurnalist Nikolo Şkiranın sosial şəbəkə hesabına istinadən xəbər verir ki, 29 yaşlı oyunçunun Turin təmsilçisi ilə müqaviləsi bu ayın sonunda başa çatır. Lakin  tərəflər son günlərdə aparılan danışıqlar fonunda bu müqaviləni uzatmağa yaxındırlar.

Rabyonun "Yuventus"la 2025-ci ilin yayına qədər yeni müqavilə imzalayacağı gözlənilir.

2023/24 mövsümündə Adrien Rabyo 35 oyuna çıxıb, 5 qol vurub və 3 qolun ötürməsini
 verib.

Seçilən
136
2
teleqraf.com

3Mənbələr