AZ

Makron: “Fransa və ABŞ İrana təzyiq etmək niyyətindədir”

Fransa və Birləşmiş Ştatlar İrana "regionda vəziyyətin sabitliyini pozmağa yönəlmiş hərəkətlərini dayandırması" üçün təzyiq etməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron bu barədə Ağ Ev rəhbəri Co Baydenlə Yelisey sarayında danışıqlardan sonra birgə mətbuat konfransında bildirib.

Makron bildirib ki, Fransa və ABŞ “İrana lazımi təzyiq göstərməkdə qərarlıdırlar” və İranı “bölgədə vəziyyətin sabitliyinin pozulmasına, İsrail ərazisinə raket hücumlarına və nüvə proqramındakı mövqeyinə” görə məsuliyyət daşıyırlar.

Danışıqların yekunlarına dair birgə bəyanatda Çin prezidenti Si Cinpin və Fransa prezidenti Emmanuel Makron İranın nüvə probleminin sülh yolu ilə həllini müdafiə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
operativmm.az

1Mənbələr