AZ

Luis Diasın qiyməti aşağı salınsa da, amma “Barselona”...

"Liverpul” “Barselona”nın maraqlandığı cinah hücümçusu Luis Diasın qiymətini 75 milyon avroya endirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, Diasın qiyməti aşağı salınsa da, İspaniya təmsilçisi çətin maliyyə vəziyyəti səbəbindən kolumbiyalı futbolçunu transfer edə bilməyəcək.

Xatırladaq ki, mediada Diasın “Barselona”nın idman direktoru Deko üçün prioritet transfer olduğu barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, ötən mövsüm Dias bütün turnirlərdə 51 matçda iştirak edib, 13 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
sia.az

1Mənbələr