AZ

“Narkomaniyaya yox deyək” - FOTO

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “Narkomaniyaya yox deyək”  mövzusunda  tədbir keçirilib.

Avtosfer.az xəbər verir ki, antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədilə keçirilən tədbirdə narkotik vasitələrin fəsadları barədə tələbələrə ətraflı məlumat verilib.

Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Müqalib Abdıyev  əsrimizin bəlasına çevrilən narkomaniyanın fəsadlarından, insan sağlamlığı üçün zərərlərindən, eləcə də narkotik vasitələrdən istifadə edən şəxslərdə yaranan asılılıqdan söz açıb, gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
avtosfer.az

1Mənbələr