AZ

Rusiya FIDE üzvlüyündən çıxarıldı

Rusiya iki il müddətinə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) üzvlüyündən çıxarılıb.

Bu qərar Ukrayna tərəfinin şikayəti əsasında qəbul edilib

Şikayətdə ölkənin nəzarətində olan və beynəlxalq ictimaiyyətin Ukrayna ərazisi kimi tanınan Donetsk, Luqansk, Zaporojye, eləcə də Krım bölgələrində fəaliyyət göstərən şahmat klublarının Rusiyanın Şahmat Federasiyasının üzvlüyünə qəbul edilməsi kəskin pislənilib.

Bununla yanaşı, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçə Rusiya Şahmat Federasiyasının Himayəçilər Şurasının üzvü olduğuna görə töhmət elan edilib.

Qeyd edək ki, sözügedən qərar avqust ayından qüvvəyə minəcək

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
341
azerforum.com

1Mənbələr