AZ

Azərbaycan klubundan yarım milyona yaxın pul istədi, "mən heç nə edə bilmərəm" söylədi

Ayxan Abbasovla yollarını ayıran «Turan Tovuz» rəhbərliyinin Şota Arveladze planı gerçəkləşməyib.

Gürcüstanlı mütəxəssisin maddi istəkləri və komandayla əlaqəli tələbləri bu izdivacıngerçəkləşməsinə mane olub.

Belə ki. 2 illik müqavilə təklifi alan çalışdırıcı bir mövsmlük maaş olaraq 450 min dolların üzərində dayanıb.


Digər tərəfdən isə o, hazırkı heyətlə avrokuboklara vəsiqə uğrunda mübarizə aparmağın qeyri-mümkün olduğunu bildirib.

Şota transfer büdcəsinin dəfələrlə artırılmasını şərt qoyub, «bu futbolçularla heç nə edə bilmərəm» söyləyib


Gürcünün son iş yeri Türkiyə olub. Ötən ilin axırında «Fatih Karagümrük»ün sükanı arxasına keçən Şota bugünlərdə buradan ayrılıb.

Çünki komanda Super Liqada yerini itirib və I Liqaya yuvarlanıb.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
sportinfo.az

2Mənbələr