AZ

Türkiyədə casusluqla bağlı cinayət əməllərinin siyahısı genişləndiriləcək

Bakı. Trend:

Türkiyədə casusluqla bağlı Cinayət Məcəlləsinin (CM)müddəalarına daxil olan cinayət əməllərinin siyahısınıgenişləndirmək planlaşdırılır.

Trend türk KİV-lərinəistinadən xəbər verir ki, yeni qanun layihəsi Türkiyə Böyük MillətMəclisinə (TBMM) təqdim ediləcək.

Məlumata görə, dövlət sirrinin açıqlanmasına və casusluğa görəcəza nəzərdə tutan Cinayət Məcəlləsinə “Dövlətin təhlükəsizliyinəvə ya siyasi maraqlarına zərbə vuran cinayətlər haqqında”maddəsinin əlavə edilməsi təklif olunur.

Yeni bəndə əsasən, xarici dövlətlərin və ya ayrı-ayrı xaricistrukturların strateji planlarına uyğun gələn, Türkiyənintəhlükəsizlik və ya daxili və xarici siyasi məqsədlərinə zidd olanhər hansı hərəkətlər 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumediləcək.

Bundan başqa, nəzərdə tutulan cinayət əməli müharibə zamanı vəya müharibəyə hazırlıq dövründə törədilibsə, ordunun hərəkətlərinəvə hərbi əməliyyatların səmərəliliyinə xələl gətirilərsə həbsqətimkan tədbiri 8 ildən 12 ilədək müddətə uzadılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
4
az.trend.az

8Mənbələr